Qubanın Pirvahid kəndində baş verən yol qəzasında ölən 13 yaşlı qızın şəxsiyyəti məlum olub.
Oxu.Az xəbər verir ki, o, sürücülərdən biri - Salman Əmirovun 13 yaşlı qızı Aytən Əmirovadır.
Qeyd edək ki, qəza nəticəsində dörd nəfər xəsarət alıb, bir nəfər ölüb.
Əli Məmmədov
Qubada baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyəti bilinib.
Oxu.Az xəbər verir ki, onlar Salman Zümür oğlu Əmirov, Aygün Əbülfəz qızı Əmirova, Zümrəddin Salman oğlu Əmirov və Təbriz Akif oğlu Hümbətovdur.
Əli Məmmədov
Quba-Pirvahid kənd yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, VAZ-2109 və KIA markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-2109-da olan 15 yaşlı qız ölüb, dörd nəfər isə xəsarət alıb.
Xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
