Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qüdrət Həsənquliyev: “Tibbi-Sosial Ekspert Komissiyası ləğv edilməlidir” - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarını ləğv etməyin vaxtı çoxdan çatıb.
“Qaynarinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, əlilliyə görə pensiyaların verilməsi ilə ciddi narahatlıq var. Şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməli, həmin “Forma-88”ə daxil olunmalı və onun əsasında pensiya təyin olunmalıdır:
“Amma biz görürük ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlavə bir komissiya yaradıblar. Sanki dövlət orqanları bir-birinə inanmırlar. Bu da əlavə gərginlik yaradır və insanları hakimiyyət orqanlarından narazı salır. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarını ləğv etməyin vaxtı çoxdan çatıb. Əgər Səhiyyə Nazirliyində o formalar düzgün verilməyəcəksə, araşdırıb həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Düşünmürəm ki, nəzarətedici orqanların sayını artırmaqla problemləri kökündə həll edə bilərik”.

"Milli Məclis" teqi üzrə xəbərlər
- DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub
- Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib
- Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb - Rəsmi CAVAB
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"