“Lənkəranda baş verən zəlzələnin dərinliyi 20 kilometr olduğuna görə böyük ərazilərdə hiss olunub”.
“Report” xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, zəlzələ Qarabağda 3 bala qədər hiss olunub: “Əhaliyə də müraciət etdik ki, təşvişə düşməsinlər. Episentrdə qalmış enerjinin asta-asta boşalması getdi. Hazırda sakitlikdir”.
Onun sözlərinə görə, episentrdə ən keyfiyyətsiz tikilən evlərdə müəyyən çatlar olub.
Qeyd edək ki, mayın 11-də Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.
Rəylər