Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qusar sakini donvurmadan ölüb
Rayonun Yerğikeç kənd sakini, 1960-cı il təvəllüdlü Şeydəbəy Əlibəy oğlu Novruzbəyovun yaşadığı evin həyətində donmuş cəsədi tapılıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, mərhumun ailəsi gecə onun evə gəlməməsindən narahat olaraq, kəndin yaxınlığında yerləşən saxladığı qoyun yatağına gediblər.
Ancaq onu yataqda tapa bilməyiblər.
Axtarışını davam etdirən etdirən ailə üzvləri, onun donmuş cəsədini yaşadığı evin həyətindən tapıblar. Ailəsi onun içki düşkünü olduğunu deyiblər.
Güman olunur ki, Ş.Novruzbəyov gecə hardasa normadan çox spirtli içki qəbul edərək, yaşadığı evə gəlib. Ancaq ayağı həyətdəki əşyalardan birinə ilişərək yıxılıb və sərxoş olduğu üçün ayağa qalxa bilməyib və orda da yuxuya gedib.
Səhər isə onun öldüyü məlum olub.
Günorta saat 13:00 radələrində hadisə ilə bağlı dərhal rayon hüquq-mühafizə orqanlarına və Qusar Rayon İcra Hakimiyyətinə məlumat verilib.
Rayon Polis idarəsində hadisə ilə bağlı araşdırmalar başlayıb.
"Qusar rayonu" teqi üzrə xəbərlər
- Qusarda yüksək dağlıq ərazidə yanğın başlayıb
- Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?
- Qusar şəhərində sahibsiz qalan stadionun tikintisi yenidən davam etdiriləcək?
- DTX-nin Qusar əməliyyatı - "Meşə qardaşları" barəsində YENİ QƏRAR
- Buz bağlayan şəlalələr - Nağıllar dünyasına bənzəyən Laza kəndi