Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qusarda yeddi yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulub
Qusar rayonunda beş min nəfərin yaşadığı yeddi yaşayış məntəqəsini birləşdirən Qusar - Xudat (18 km) - Langi - Caqarqışlaq - Urvaoba - Atlıxan - Kuzunqışlaq - Zindanmuruqqışlaq - Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, uzunluğu 23 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.
10 km hissəsi yararsız asfalt, 13 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda AAYDA tərəfindən "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.
Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq, yol əsasının tikintisi aparılıb, yola iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Bakı-Quba yolundakı təhlükə: Asfalt örtüyü DAĞILIB
- Paytaxtın mərkəzi prospektində velosiped zolağı işıqlandırılıb: Layihə KİMİNDİR?
- Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?
- Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? – RƏSMİ AÇIQLAMA
- Bakıda bir ərazidə evlər söküləcək: Sakinlər narazılıq edirlər
Rəylər