“RAHAT” marketlər şəbəkəsi öz yeni kampaniyasını təqdim edib.
Oxu.Az xəbər verir ki, alıcılar yenidən “RAHAT” marketlər şəbəkəsindən 30 manatlıq bazarlıq etməklə avtomobil və onlarla digər hədiyyələr qazana bilərlər.
Bu, şəbəkənin keçirdiyi sayca ikinci lotereya aksiyasıdır. Aksiya 28 noyabr 2013-cü ildən 21 fevral 2014-cü il tarixinə kimi davam edəcək. Uduş tirajı 22 fevral 2014-cü il tarixində, saat 19:00-da, Nəsimi rayonu, S.Vurğun küç. 60 ünvanında (Təzə Bazarla üzbəüz, “AF Center” TM birinci mərtəbəsi) yerləşən “RAHAT” marketdə keçiriləcəkdir. Arzu edən hər bir şəxs uduş tirajının oynanılması mərasimində iştirak edə bilər.
Qeyd edək ki, “ANC GROUP” MMC-nin nəzdində fəaliyyət göstərən “RAHAT” marketlər şəbəkəsinin əsas məqsədlərindən biri istehlakçılara keyfiyyətli və halal məhsullar təklif etməkdir. Şəbəkə respublikamızda bu sahədə ilk dəfə olaraq tütün məmulatlarının və spirtli içkilərin satışından imtina edib. Marketlər şəbəkəsinin əsas məqsədi “SAĞLAM AİLƏ və TƏMİNATLI BƏŞƏRİYYƏT” naminə ən böyük supermarketlər şəbəkəsini yaratmaq və xalqa xidmət etməkdən ibarətdir.
“RAHAT” marketlər şəbəkəsinin ünvanları:
1.Ceyhun Səlimov 7 (Hərbi Hospitalın yanı),
2.Səməd Vurğun 60 (Təzə bazarla üzbəüz),
3.“Metro Park” AVM-in 1-ci mərtəbəsi (Nərimanov metrosunun yanı),
4.Nərimanov r-nu, Faiq Yusifov küç., 51 A (Pekin restoranının yaxınlığında),
5.Xəzər r-nu Qala küç., 15 (Mərdəkan şossesində, Qala döngəsinə çatmamış)