Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb.
Yeni Ramana qəsəbəsində keçidin yaxınlığında minik avtomobili yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü İsrafilova Mahirə İslam qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu