Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının on dördüncü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 14-də imsak vaxtı saat 05:28-də, iftar vaxtı isə 19:01-dədir.
Martın 14-ü üçün namaz vaxtları:
Sübh azanı | 05:33 |
Zöhr azanı | 12:50 |
Əsr azanı | 17:01 |
Məğrib azanı | 19:01 |
İşa azanı | 20:01 |
On dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!"
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!"
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Allah orucunuzu qəbul eləsin!
"Ramazan ayı 2025" teqi üzrə xəbərlər
- Ramazan ayının on üçüncü gününün iftar və namaz vaxtları
- Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları
- Ramazan ayının on ikinci gününün iftar və namaz vaxtları
- Ramazan ayının on ikinci gününün imsak, iftar və namaz vaxtları
- Şəkərli diabet, yüksək təzyiq - Yaşlı insanlar oruc tutarkən nələrə diqqət etməlidirlər?