“Park Bulvar” və Ankara Bilkent Universitetinin təşəbbüsü ilə “Uşaqları sevindirək” adlı layihəyə start verilib.
Oxu.Az xəbər verir ki, iyun ayının 28-dən etibarən “Park Bulvar”ın 1-ci mərtəbəsində adıçəkilən layihənin adı altında qutu qoyulub. Bir tərəfi kitab, digəri isə oyuncaq üçün nəzərdə tutulmuş qutuda toplanan kitab və oyuncaqlar uşaq evinə təhvil veriləcək. Ramazan ayı müddətində qutu “Park Bulvar”da öz yerini qoruyacaq. Layihənin həyata keçirilməsində Ankaranın Bilkent Universiteti tələbələrinin və “Park Bulvar” rəhbərliyinin böyük rolu var.
Aytən Sadıqzadə
www.oxu.az