Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsindən azad olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə hospitalın rəisi Aydın Əsədov xidmətdə olmanın yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumata görə, hazırda nazirliyin hospitalında vəzifəni rəis müavini Ramiz Əkbərov icra edir. Hələ ki, rəis vəzifəsinə yeni rəsmi təyinat olmayıb.