Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ramiz Mehdiyevin göstərişi ilə hazırlanan təhqir yazısı silindi - FOTOFAKT
Bir neçə gün əvvəl istefa verəcəyini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin göstərişi ilə hazırlanan yazı qurumun rəsmi saytından silinib.
Oxu.Az-ın məlumatına görə, AMEA Mətbuat Xidməti tərəfindən deputatlar, alimlər barədə hazırlanan təhqiredici yazı fevralın 10-da qurumun saytında yerləşdirilib.
Təbii ki, R.Mehdiyevin göstərişi ilə hazırlanan yazı adları çəkilən şəxslər tərəfindən ciddi narazılığa səbəb olub. Yazıda deputat - Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, akademik Vaqif Abbasov və digər şəxslərin adı hallanıb.
Qeyd edək ki, yazı AMEA-nın rəsmi saytından silinsə də, “Facebook” səhifəsində qalmaqdadır.
İlhamə Əbülfət
Rəylər