Ötən ildən internet şəbəkəsində “Kadırov ermənilər haqqında” adlı video yayılıb. Bu videoda Çeçenistan prezidenti Kadırov öz respublikasının hökumətinin iclasında çeçen müğənni Hedi Həmzətovanı erməniyə ərə getməkdən necə xilas etməsi barədə danışır. Kadırov çeçen dilində danışır.
Bu barədə Vesti.Az Epress.am-a istinadən xəbər verir.
Çeçen liderinin sözlərinə görə, Həmzətovaya “Eurovision” mahnı müsabiqəsində iştirak vəd ediblər və İrəvana gətiriblər. Burada o, erməniyə ərə getməli idi. Kadırov deyir ki, “istedadlı müğənniyə çoxlu pul xərcləməli olub”.
“Mən onun üçün solo konsertlər təşkil edirdim... Solo konsert deyəndə hər kəsə elə gəlir ki, bunu etmək çox asandır. Yaxşı bir konserti təşkil etmək üçün 10 milyon pul lazımdır. Bəs Hedi Həmzətova ilə nə baş verdi? İnsanlar onun barəsində şaiyələr yayır.. Deyəcəyəm və bunu bütün respublikaya göstərin. Hedi Həmzətova erməni ona “Eurovision”da iştirak vəd etdikdən sonra Ermənistana yola düşdü ki, həmin şəxsə ərə getsin. Biz, çeçen qızın, əməkdar artistin erməyinə ərə gedəcəyinin bizim üçün rüsvayçılıq olacağını qərara alıb onun arxasınca getdik. Bu işi Adəmə tapşırdıq, təyyarə göndərdik. On dəfə onun arxasınca adam göndərdik... Onun atası və anasını götürüb Ermənistana getdik, onların prezidenti ilə danışıb qızı geri qaytardıq” – deyə, Kadırov bildirib.
Qeyd edək ki, H.Həmzətova Moskvada Rusiya Ermənilər İttifaqının 10 illiyinə həsr olunmuş konsertdə iştirak etmişdi. O həmin konsertdə ermənicə “Hay kacer” (“Erməni igidləri”) mahnısını oxumuşdu.
www.vesti.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin