"2025-ci ildə Vətən müharibəsi iştirakçısı olmuş 3 747 nəfər qaziyə tibbi, sosial, psixoloji reabilitasiya xidməti göstərilib".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev DOST TV-nin efirində çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 1 494 nəfərinə stasionar, icma əsasında reabilitasiya xidməti göstərilib.
Həmçinin sədr vurğulayıb ki, ümumilikdə müharibə ilə bağlı əlilliyi olan 2 400-dən çox şəxsə 88 mindən çox reabilitasiya vasitəsi verilib ki, bu da onların sosial qayğı və reabilitasiya xidmətləri ilə tam əhatə olunması deməkdir.
Aygün Mirakif