Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rəis müavini: “Yanğının yayılmasının qarşısı alınıb” - YENİLƏNİB + FOTO/VİDEO
“Bu gün səhər saat 05:41-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 102-i xidmətinə taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub”.
Oxu.Az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
O bildirib ki, məlumat daxil olandan dörd dəqiqə sonra yaxınlıqda olan bölmələr hadisə yerinə çatıblar:
“Yanğınla bağlı yüksək çağırış elan edilib. 20-ə yaxın texnika və 100-ə yaxın şəxsi heyət hadisə yerinə cəlb olunub.
Havanın küləkli olması həmçinin, yanğın mənbəyinin yüksək gərginli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına da təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib. Hazırda ərazidə də 110 kilovoltuq elektrik dirəyi deformasiyaya uğrayıb. Dirək təxminən 45 dərəcə bucaq altında əyilib və aşma təhlükəsi var. Əməkdaşların mövcud vəziyyətdə protokol üzrə təhlükəsizliyi nəzərə alınaraq xidmət aparmaları təmin edilib.
Havanın küləkli olması yanğının böyük sahələrə yayaraq yanğın yerində hər birinin sahəsi min kvadratmetr olan üç mənbə yaradıb. Hazırda bütün istiqamətlərdə yanğın tam əhatəyə alınıb. Hər yerdən lülələr verilib, mühafizə olunur. Yanğın tam məhdudlaşdırılıb. Yanğının yayılmasının qarşısı alınıb. Açıq alov yoxdur. Müəyyən vaxt tələb olunur ki, tam söndürülsün”.
Rza Xudiyev onu da qeyd edib ki, yanğının ilkin səbəbləri araşdırılır.
11:31
Dərnəgül bazarındakı tikinti materialları bazarında baş verən yanğın zamanı poladəritmə zavodunu elektrik enerjisi ilə təmin edən ikidövrəli 110 kV-luq yüksəkgərginlikli elektrik xətti əyilib.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, sözügedən xəttin altında mühafizə zolağı gözlənilməyib. Yanğın məhz xəttin altında olduğundan dayaq əriyərək deformasiyaya uğrayıb.
Hadisə ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin rəisi Vaqif Aydınoğlu Oxu.Az-a bildirib ki, hadisədən məlumatlıdırlar:
“Sözügedən 110 kV-luq dirəyin deformasiyaya uğraması səbəbindən təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi tam dayandırılıb”.
Rəylər