“Mazda”, “Honda”, “Subaru” və “Mitsubishi”nin Azərbaycandakı rəsmi distribüterləri, həmçinin, “Toyota”nın rəsmi dileri “Toyota” Abşeron Mərkəzi müştərilərinə yeni xidmət təklif edir.
Artıq avtomobildə rəngsaz və dəmirçi işinə ehtiyac yarandıqda, rəsmi servisi evə çağırmaq imkanı var. Bu yenilik sayəsində avtomobil sahibi servisə sorğu göndərdikdən sonra peşəkar usta gəlir, avtomobili yerində qiymətləndirir və razılıq əldə edildikdən sonra evakuatorla servisə aparır.
Beləliklə, həm indiki vəziyyət nəzərə alınaraq müştərilərin əlavə təhlükəsizliyi təmin olunur, həm də servisdə vaxt itkisinin qarşısı alınır.
Xidmətdən istifadə etmək, servisə öncədən yazılmaq və ətraflı məlumat almaq üçün bir zəng kifayətdir: (051) 225 87 54
Həmçinin, nəzərinizə çatdırmaq istəyirik ki, servis mərkəzləri növbəli iş rejimində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. İşçilərin və ziyarətçilərin sağlamlığını düşünərək, müştərilərdən xüsusi karantin rejiminin tələblərinə riayət etmək xahiş olunur.
Ətraflı məlumat üçün:
“Toyota” Abşeron Mərkəzi – 0512258750
“Honda” Avtomobil Mərkəzi – 0512258761
“Mitsubishi” Avtomobil Mərkəzi – 0512258758
“Mazda” Avtomobil Mərkəzi – 0512258752
“Subaru” Avtomobil Mərkəzi – 0512258752