Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə baş prokuror Kamran Əliyev, ədliyyə naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov və digərləri iştirak edirlər.
Daha çox foto burada:PhotoStock.az
Könül Cəfərli
Rəylər