Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Oxu.Az yeni rektorun dosyesini təqdim edir:
Natiq Əliyev 1958-ci ildə anadan olub.
O, 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, “Fərqlənmə diplomu” ilə bitirib.
Azərbaycan Rəssamlıq Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyır.
Rektor bu vəzifəyə təyin edilənə qədər Azərbaycan Rəssamlıq Akademiyasının heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsində çalışıb.