Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi tərəfindən Riqa şəhərinin altı müxtəlif səmtinin mərkəzi küçələrində yerləşən böyük ölçülü reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib.
Bu barədə Latviyadakı səfirliyimiz xəbər yayıb.
Həmin məlumatlarda Azərbaycan Respublikasının xəritəsi üzərində “Qarabağ Azərbaycandır” şüarı ilə yanaşı, “StopArmenianTerrorism” və “StopArmenianAggression” və “PrayForAzerbaijan” həştəqləri, həmçinin “Ermənistan mülki vətəndaşlara hücum edir”, “Erməni işğalına son” və “Terrora son” ifadələri yer alıb.
Riqa şəhərinin mərkəzi küçələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib - VİDEO
Rəylər