Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rövşən Rzayev: Yataqxanada baş verən yanğın qəsdən törədilib
Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb:
“Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.
Qeyd edək ki, martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın zamanı ər və arvad olmaqla, iki nəfər həyatını itirib.
Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının qəsdən törədilməsi ehtimalı var.
İlhamə Əbülfət
Rəylər