“Anamın bəstələrini dinləyəndə ağlayıram”.
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın oğlu İlkin Süleymanov deyib.
Onun sözlərinə görə, anasını sonuncu dəfə oğlunun toy məclisində görüb:
“Danışmaq çox çətindir. Daim arxamızda olub. Həmişə nəzəri üstümüzdə idi. Xaricdə yaşayıram deyə anamla gec-gec görüşürdüm”.
Mərhum bəstəkarın nəvəsi Hilal Süleymanov isə bildirib ki, nənəsi efirdə necə olubsa, evdə də elə olub. O, nənəsinin yolunu davam etdirdiyini bildirib:
“Çox səmimi insan idi. Tənqid etməkdən çəkinmirdi. Onun yolunu davam etdirirəm. Bəstəkar kimi bəstələrim var. Mənə baxıb gəncliyini görürdü. Son vəsiyyətində mənə uğurlar dilədi”.
13:39
“Ruhəngiz Qasımova bacısı qızının doğum gününə gələcəkdi”.
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib. Onun sözlərinə görə, sentyabrın 26-da mərhum bəstəkar Bakıya gələcəkmiş:
“Avqustun 14-ü Honkonqa getdik. 1 ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da Bakıya gəlməli idik. Anamın halı pisləşdi. Son sözü o oldu ki, uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma. Böyrəkləri işləmirdi”.
C.Süleymanlı qeyd edib ki, Ruhəngiz xanım yoldaşının yoxluğuna dözə bilmirmiş:
“Anam atamın rəhmətə getməsindən sonra yaşamaq istəmirdi. Güclü adam idi. Dəfn yerini biz müəyyən etdik”.
Nəzrin Vahid