Ermənistanda Cənubi hərbi vilayətin Rusiya aviasiya bazasında gənc pilotlar Miq-29 qırıcılarında gecə uçuşlarına başlayıblar.
Oxu.Az “Novosti Armenii”-yə istinadən xəbər verir.
Bu yaxınlarda gənc təyyarəçilər tibbi komissiyanı, yüksəkliklər şəraitində yüngül cəbhə qırıcılarında aylıq uçuş hazırlığını keçərək uçuşa icazə alıblar.
Hərbi təyyarəçilərin əsas məqsədi yay müddətində uçuş qabiliyyətinin səriştəsinin yüksəldilməsi və cari ilin avqust-sentyabr aylarında “Alagəz” və “Baqramyan” tədris-təlim komplekslərində erməni hərbçiləri ilə müştərək keçiriləcək təlimlərə hazırlıqdır.