Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya XİN başçısının müavini: "Azərbaycanlı dostlarımızın ağrı və kədərini bölüşürük"
"İnsanların müsibətləri üzərində spekulyasiya cəhdləri qətiyyən yolverilməzdir".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşü zamanı deyib.
"İlk növbədə, Rusiya Federasiyasının rəhbərliyi və şəxsən öz adımdan AZAL aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan rəhbərliyinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermək istərdim. Təəssüf ki, bizim hamımızı əhatə edən bu faciə nəticəsində Azərbaycan, Rusiya və bir sıra digər dövlətlərin vətəndaşları həlak olublar. Biz azərbaycanlı dostlarımızın ağrı və kədərini bölüşürük. Belə ağır bir vaxtda sizinləyik", - o bildirib.
Qaluzinin sözlərinə görə, Rusiya tərəfi hesab edir ki, hər hansı nəticə çıxarmazdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır.
"Aktauda müvafiq komissiya işləyir. Rusiya və Azərbaycanın səlahiyyətli orqanları bir-biri ilə qarşılıqlı əlaqədədir. Araşdırma aparılır və biz hesab edirik ki, hər hansı nəticə çıxarmamışdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır. İnsanların müsibəti üzərində spekulyasiya cəhdləri qətiyyən yolverilməzdir", - RF XİN-in nümayəndəsi vurğulayıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL-ın qəzaya uğrayan təyyarəsinin pilotları ilə danışıqların stenoqramları kimlərdə var?
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb
- AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
- AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və "Baza" "Telegram" kanalının təxribatı
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"