Dünən, iyunun 10-da Rusiyanın Yaroslavl şəhərinin Tutayev şossesində, “Rio” ticarət mərkəzinin yaxınlığında gözlənilmədən atəş səsləri eşidilib. Aparılan araşdırmalar zamanı güllələrin iki kişi arasında mübahisə zamanı atıldığı məlum olub.
“Komsomolskaya Pravda”nın məlumatına görə, təxminən saat 13:30 radələrində avtomobil dayanacağında iki şəxs arasında mübahisə yaranıb. Onlardan biri “arqument” qismində tapançadan istifadə edib və rəqibinə atəş açıb.
Vesti.Az-ın müxbirinin əldə etdiyi məlumata görə, münaqişə azərbaycanlı və erməni arasında baş verib. Erməninin deməyə sözü tükəndikdən sonra o, travmatik tapançaya əl atıb və həmvətənimizə bir neçə dəfə atəş açıb.
Rusiya DİN-nin Yaroslavl vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin Vesti.Az-a bildiriblər ki, erməni artıq həbs edilib.
“Polis əməkdaşları Yaroslavlda ticarət mərkəzinin qarşısında digər şəxsi travmatik tapançadan yaralamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü şəxsi həbs ediblər. Dünən saat 13:30 radələrində Yaroslavlın Tutayev şosesinin yaxınlığında ticarət mərkəzində iki kişi arasında mübahisə yaranıb. Onlar çölə çıxıblar. Bu zaman bu şəxslərdən biri travmatik tapançadan digərinə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Zərərçəkmiş şəxs, 1973-cü il təvəllüdlü kişi qarın nahiyəsindən aldığı iki yüngül yara ilə xəstəxanaya çatdırılıb və burada ona zəruri kömək göstərilib. Bundan sonra o, evə buraxılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində atəş açan 1986-cı il təvəllüdlü şəxsin kimliyi müəyyənləşdirilib. O, iyunun 1-də həbs olunub, travmatik tapança müsadirə edilib. Faktla bağlı araşdırma aparılır. Cinayət işinin qaldırılması haqında məsələyə baxılır. Hər iki münaqişə iştirakçısı Rusiya Federasiyasının vətəndaşlarıdır” – deyə, Yaroslavl üzrə DİN İdarəsinin mətbuat xidmətindən bildiriblər.
www.vesti.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin