Novorossiyskdə (Rusiyada) bir ay bundan qabaq Krasnodara getmiş və geri qayıtmamış F.F. Uşakov adına Akademiyanın kursantı axtarışdadır.
Oxu.Az xəbər verir ki, itkin düşmüş şəxs beşinci kurs tələbəsi Arif Koroğluyevdir.
Polisin məlumatına əsasən, milliyətcə azərbaycanlı olan Qazaxıstan vətəndaşı 22 yaşlı Arif 25 dekabr 2014-cü il tarixində Lenin prospekti 93 ünvanındakı evindən çıxıb. Kursant avtovağzala gəlib və Novorossiysk-Krasnodar marşrutu üzrə hərəkət edən avtobusla gedib. Bundan sonra gənc kursant heç kəslə əlaqə saxlamayıb.
İtkin düşmüş şəxsin boyu təxminən 185 sm-dir, idmançı bədən quruluşuna malikdir, qara buğdayı saçı və göy gözləri var.
İtkin düşdüyü gün o, papaqlı tünd rəngli gödəkçə, tünd cins şalvar və qara ayaqqabılarda olub.
Oğlanın qohumları deyi rki, Arifi son dəfə tanışları təlim zamanı görüblər.
“Dostları və kurs yoldaşları bildiriblər ki, onu sonuncu dəfə akademiyadan çanta ilə çıxan görüblər. Onun harada olması ilə bağlı təsəvvürümüz yoxdur. Arif ciddi, məsuliyyətli oğlandır. O, ilk dəniz reysinə hazırlaşırdı, tibbi komissiyadan uğurla keçmişdi, idmanla məşğul olurdu.
Onun itkin düşdüyü gün narahatlığımız var idi, lakin onunla əlaqə saxlaya bilmədik. Xarici görünüşünə görə o, 23-25 yaşlı şəxsə oxşayır, içki içmir, siqaret çəkmir. O, cins şalvar və papaqlı gödəkçə geyinmişdi, onun isti papağı da vardı, əlində isə dolu idman çantası var idi”, - deyə itkin düşmüşün qardaşı Nurik Koroğluyev deyib.