Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən inşaat firmasında kütləvi zəhərlənmə baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşları olub.
“Pulkovo-3” hava limanının tikintisi ilə məşğul olan "IC Ictas-Astaldi" inşaat firmasında çalışan 350 nəfər Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları nahar yeməyindən sonra zəhərlənib.
Onların nahar yeməyində verilən toyuq ətindən zəhərləndiyi bildirilib.
Zəhərlənən 350 nəfər təcili-tibbi yardım maşınları ilə Botkin Dövlət Xəstəxanasına aparılıb.
Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə ambulator yardım göstərilib və onlar evə buraxılıb.
15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

www.oxu.az