Rusiyanın Tuva Respublikasında ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, insident Ak-Dovurak şəhərində, beşmərtəbəli yaşayış binasının mənzilində qeydə alınıb.
Belə ki, yanğınsöndürənlər mənzildə baş vermiş yanğını söndürərkən 4 nəfərin meyitini aşkar ediblər. İlkin versiyaya görə, ərlə arvad çoxsaylı bıçaq zərbələrindən öldürülüb. 4 və 6 yaşında iki uşağı isə vanna otağında suda boğublar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az