Rusiyanın Çelyabinsk şəhərində ağır qəza baş verib.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, şəhər kənarı şossedə yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirərək yoldan çıxır. Qəza zamanı təhlükəsizlik kəmərini bağlamayan sürücü avtomobilin ön şüşəsindən çıxaraq 10 metr yüksəkliyədək qalxır.
Həmin şəxsin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.