Rusiyanın Novosibirsk şəhərində azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin üzvlərinin məhkəməsi başlayır.
AzNews.az Rusiya mətbuatına istınadən xəbər verir ki, dəstə üzvləri pul almaq məqsədilə varlı azərbaycanlıları qaçırmaqda ittiham edilir. Onların tələb etdiyi məbləğ isə 350 min dollar təşkil edib.
Məlumatda bildirilir ki, adam oğurluğu ilə məşğul olan dəstəyə 42 yaşlı Süleyman Qapçıyev rəhbərlik edib. Ümumilikdə isə dəstənin 10 üzvü olub. Onlar varlı azərbaycanlıları qaçırmaq məqsədilə çox sayda silah da əldə ediblər.
Dəstənin ilk əməliyyatı 2010-cu il mayın 12-də işadamı İmran Salmanovu qaçırmaq olub. O, aptekdən çıxarkən qaçırılıb və kafeyə gətirilib. İş adam tələb edilən məbləği ödəməyə razı olduqdan sonra azad edilib.
10 gün sonra isə daha bir azərbaycanlı iş adamı - Cəfər Kərəmov qaçırılıb. Onun azad edilməsi üçün 5 milyon dollar tələb edən dəstə sonradan bu məbləği 350 min dolara endirib.
Qaçırılan iş adamlarından birinin yaxınları azərbaycanlı avtoritet Sarvan Məhərrəmova kömək üçün müraciət ediblər. Sarvanın dəstə başçısının yaxını hesab edilən Azil Andamovla görüşü ikincinin bıçaqlanması ilə nəticələnib. Çox keçmədən Sarvan Məhərrəmovun maşını yolda işıqforda dayanarkən avtoritet ayağından vurulub. 2 həftə sonra avtoritetin iki yaxın adamı güllələnib, ancaq onların həyatını xilas etmək mümkün olub.
Bu ərəfədə Kərəmovun adamları onun azad edilməsi üçün 200 min dolları ödəməyə razı olublar və bu məbləğ Azərbaycanda ödənilib.
2011-ci ildə başqa bir iş adamı Gülverdi İbrahimov dəstə üzvləri tərəfindən yaralanıb.
Polis cinayətkar dəstənin izinə düşərkən onları saunada yaxalayıb. Saxlananlardan heç biri günahını boynuna almayıb.
www.vesti.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin