Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyadan vətənə dönən azərbaycanlıların sayı artırılacaq
Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Dağıstanın başçısı Vladimir Vasilyev və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon söhbətində Rusiyadan Azərbaycana qayıdan vətəndaşların sayının artırılması barədə razılığa gəlinib.
Bu barədə Dağıstan Respublikası başçısının rəsmi saytında məlumat verilib.
İkitərəfli İşçi qrupunun fəaliyyəti nəticəsində bu gün “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsindən 250 Azərbaycan vətəndaşı ölkəsinə qayıdacaq, iyunun 25-də isə 450-dək Rusiya vətəndaşı Rusiyaya yola salınacaq.
İkitərəfli razılaşmalara əsasən, vətənlərinə dönməsini gözləyən Azərbaycan vətəndaşları üçün yaşayış şəraitinin yaxşılaşdırılması və tibbi xidmət məsələləri tərəflər arasında birgə həll ediləcək.
Xatırladaq ki, Dağıstanın Dərbənd şəhərində və Dərbənd rayonunda təxminən 650 Azərbaycan vətəndaşı vətənə qayıtmasını gözləyir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- İlham Əliyev Küveytin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
- Prezident İlham Əliyev Litvanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
- RİNN yanında İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə qaydası təsdiqləndi
- Minimal əməkhaqqı artırıldı: Bu sahədə mexanizm hansı səviyyədədir?
Rəylər