Rusiyanın “RİA NOVOSTİ” xəbər agentliyi, “Voyage” turizm jurnalı, “alexcheban.livejournal.com” saytı, “İnterfaks” informasiya agentliyi, “bigpicture.ru” saytı və “Kommersant” nəşriyyat evinin nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdədir.
Oxu.Az-ın məlumatına görə, səfər çərçivəsində media nümayəndələri Şahdağ Turizm Mərkəzinə ziyarət edib və Azərbaycanın dağ-xizək turizm növü ilə yaxından tanış olublar.
Yanvarın 29-da rusiyalı jurnalistlərlə Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri Aydın İsmiyev arasında görüş keçirilib və Azərbaycanın turizm infrastrukturu və potensialı, regionların turizm imkanları, mədəniyyət və turizm sahəsi üzrə statistik göstəricilər, xarici ölkələrdən Azərbaycana turist axını, ölkəmizdə keçirilən festival və beynəlxalq tədbirlər, inkişaf etmiş turizm növləri və elektron viza tətbiqi barədə suallar cavablandırılıb.
Media nümayəndələri “Avropa Oyunları 2015”-ə hazırlıq barədə də maraqlanıb, müxtəlif suallar veriblər.
Qonaqların diqqətinə çatdırılıb ki, bu istiqamətdə işlərin həyata keçirilməsi üçün xüsusi Təşkilat Komitəsi yaradılıb və bununla yanaşı, nazirlikdə bir sıra işlər həyata keçirilir.