Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.
Oxu.Az Bizim.media-ya istinadən xəbər verir ki, o, İsmayıllı rayonunda qəfil infarkt keçirib.
Ruslan Quliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun cənazəsi Bakıya gətirilir.