Sabahdan etibarən Azərbaycan ərazisində hava şəraiti mülayimləşəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 13-ü gündüzdən etibarən ölkə ərazisində yağışların kəsiləcəyi və temperaturun nisbətən yüksələcəyi gözlənilir.
Sabahdan etibarən havanın temperaturu son 2-3 günlə müqayisədə 1-2 dərəcə yüksələcək.