Xəbər verdiyimiz kimi bu gün Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, M.Quliyevlə birlikdə saxlanılan ümumilikdə doqquz nəfər vəzifəli şəxs var. Lakin onlar bu gün məhkəmə qarşısına çıxarılmayıb. Digər səkkiz nəfər barəsində məhkəmə yaxın vaxtlarda qərar qəbul edəcək.
Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürüldüyü hələlik açıqlanmayıb.