Sabirabadda yol-nəqliyyat hadisəsi olub, altı nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, hadisə Sabirabad rayonunun Qaralar kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsindən altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən altı nəfərdən ikisinin vəziyyəti orta-ağırdır.
Yaralılar rayon sakinləri, 1995-ci il təvəllüdlü Elvin Məhərrəm oğlu Alışov, 1984-cü il təvəllüdlü Aynur Nəsib qızı Alışova, 1995-ci il təvəllüdlü Aysel Natiq qızı Əsgərova, 2014-cü il təvəllüdlü Zeynəb Rahim qızı Əsgərli, 2014-cü il təvəllüdlü Nəsib Elvin oğlu Alışov və Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Vüqar Bəyalı oğlu Cəfərovdur.
Yaralı A.Əsgərova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha iki yaralının isə Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.