Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 61 yaşlı Süleymanov Mübariz Yunis oğlu, 1973-cü il təvəllüdlü Əzizov Vasif Allahverdi oğlu və 1974-cü il təvəllüdlü Sadıqov Nikolay Faiq oğlu xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. M.Süleymanova döş qəfəsinin küt travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.
V.Əzizovq döş qəfəsinin küt travması, N.Sadıqova isə sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu