Sabunçuda mazutlu ərazidə zibilliyin yandırılması dəhşətli yanğına səbəb olub.
Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, qonşulardan birinin səhlənkarlığı onlarla evi təhlükə altına atıb.
Mazutlu ərazidə yanğın genişlənməyə meyilli olub.
Ətrafdakı evlərin sakinləri həyəcan içində evlərini tərk ediblər.
Son məlumata əsasən, FHN-nin yanğınsöndürənləri artıq hadisə yerinə gəliblər. Yanğının qarşısı alınıb.