Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a verilən məlumata görə, qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb ediliblər.
Qeyd olunub ki, hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan beş nəfər (üçü kişi, ikisi qadın) TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Eyni zamanda, yanıq xəsarətləri ilə iki nəfər (biri kişi, biri qadın) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır olaraq qiymətləndirilir.





01:36
Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində İvan Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış nəticəsində ölən və yaralananların kimliyi bəlli olub.
“Report”un məlumatına görə, Rüstəmli Orxan Aslan oğlu hadisə nəticəsində həlak olub.
1984-cü il təvəllüdlü Nuriyeva Gülnarə Şahmar qızı və 2010-cu il təvəllüdlü Ağayev K.İ. müxtəlif dərəcəli xəsarətlər alıb.
01:20
Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış olub.
“Report”un məlumatına görə, hadisə nəticəsində Orxan adlı şəxs ölüb, bir neçə nəfər isə yaralanıb.
Məlumata görə, yaralılardan biri 2010-cu il təvəllüdlü Ağayev K.İ-dir.





Könül Cəfərli