Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şagirdlərin dərs oxuyarkən fikirlərini dağıdan SƏBƏBLƏR
"Dərs oxuyarkən fikirləri cəmləyə bilməməyin bir neçə səbəbi var".
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova açıqlayıb.
Onun sözlərinə görə, birinci səbəb hiperaktivlik və diqqət əskikliyi diaqnozudur:
"Hərəkətlilik və impulsivlik diqqəti cəmləməyə icazə vermir. İkinci bir səbəb isə uşağın dərsə marağının olmaması nəticəsindən dərsdən yayınması və bu səbəbdən diqqətini toplamaqda çətinlik çəkməsidir".
Psixoloq bildirib ki, digər bir səbəb isə uşağın hansısa bir problemlə bağlı stres keçirməsidir:
"Uşaqlarda ailə məişət problemi olduğu zaman onlar diqqətlərini dərsə cəmləməkdə çətinlik çəkirlər. Valideynlərə tövsiyə edərdik ki, ailədaxili mübahisələri uşaqların yanında etməsinlər. Bu, onların psixologiyasına mənfi təsir edə bilər".
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - ŞİKAYƏT
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- İki ay ərzində altı özəl stomatoloji müəssisədə nöqsanlar AŞKARLANIB
- Ramiq Quliyev: "Nadir xəstəliklərlə bağlı elmi məqalələrin sayı çox azdır"
- Apteklərdə satışda niyə yalnız elektron termometrlər var?