Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sahil Babayev: "Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir"
"Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdırılıb:
"Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik".
Nazir onu da qeyd edib ki, 2018-2024-cü illər ərzində 624 min nəfər Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub.
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Nazir müdiri işdən çıxardı
- Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST Mərkəzini ziyarət ediblər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"