Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
“Pandemiyanın və bərabərində gətirdiyi məhdudiyyətlərin iqtisadiyyata, məşğulluğa vurduğu zərərlərin aradan qaldırılması üçün silsilə tədbirlər görülüb”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub:
“Bu tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək. Sosial sahədə dayanaqlığın qorunması üçün istifadə olunacaq vəsait 394 milyon manatdır, bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondundan, 91 milyonu İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək.
Bu gün dövlət büdcəsi ilə yanaşı, rəsmi qurumların bütün ehtiyatları bu istiqamətlərə yönəlib. Dörd ana istiqamət var və bunun hər birinin arxasında müxtəlif kəsimdən olan insanlara dəstək verilməsi durur.
910 min insan, dövlət sektorunda əmək müqaviləsi ilə çalışan işçilərin hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Əsassız ixtisarlara yol verilmir, müəyyən edilmiş kvota çərçivəsində həyati vacib obyektlərin, qurumların fəaliyyətinin davam etdirilməsi üçün minimal sayda işçi işə cəlb edilir. Onların gəlirlərinin təminatı davam edir”.
Nazir qeyd edib ki, 660 min insan əmək müqaviləsi ilə qeyri-dövlət sektorunda çalışır:
“Bu insanların qorunması üçün işəgötürənlərlə müzakirələr aparıldı. 10 gündə əmək müqavilələrinin sayında artım oldu. İxtisarlar olmadı. Ləğv edilən əmək müqaviləsi üzrə işəgötürənlə söhbət aparılır. Bunun obyektiv və subyektiv səbəbdən olması müəyyənləşdirilir.
İşçilərin ixtisarını aparmayan sahibkarlara dövlət dəstəyi göstəriləcək. 690 min qeyri-neft sektorunda çalışan insanları əhatə edə bildik”.
“Üçüncü istiqamət isə işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal sahədə işləyən və bu gün pandemiyaya görə işini itirən insanlara aiddir. İşsiz əhalinin müəyyən qədər uçotu mövcud idi.
100 mindən artıq şəxsin uçotu təmin edilmişdi. Yerdə qalan şəxslərin isə uçotu yox idi. Şikayət edənlərin böyük əksəriyyəti əmək müqaviləsi olmadan çalışanlar idi. O insanların sosial təminatı yox idi. Prezidentin tapşırığı ilə bu şəxslərin təminatı üçün tədbirlər hazırlandı”, - deyə S.Babayev əlavə edib.
İlhamə Əbülfət
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər
- Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
- İran prezidenti İlham Əliyevə başsağlığı verdi
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
- Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib
Rəylər