Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
“Son dövrdə vətəndaşların məşğulluqla bağlı müraciətləri artıb”.
Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 1 saylı Bakı DOST Mərkəzinin fəaliyyətinin və vətəndaşlara DOST xidmətlərinin göstərilməsinə başlanılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, məşğulluq sahəsində aparılan dövlət siyasətinin müsbət nəticəsidir.
“Məşğulluq sahəsində çox böyük dinamika var. Dinamikaya yeni proqramlar təsir edir. Bu proqramlar yeni imkanlar yaradır”, - deyə F.Məmmədov əlavə edib.
Daha ətraflı Baku TV-nin materialında:
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
Ən çox oxunanlar