Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonundakı "Sahil QTM"-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar, sentyabrın 26-ı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə olacaq.
Biləsuvar rayonunun beş yaşayış məntəqəsində qaz kəsiləcək.
"Report"un məlumatına görə, rayon ərazisində yerləşən "Biləsuvar" qazpaylayıcı stansiyadan qidalanan Əliabad, Xırmandalı, Bəydili, Zəhmətabad kəndləri və şəhərin bir hissəsini təbii qazla təmin edən 11 000 metr polietilen qaz xəttinin kipliyə sınaq olunması üçün ümumilikdə 4 300 abonentin təbii qaz təchizatının 27 sentyabr saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.
"Qaz təchizatı" teqi üzrə xəbərlər
- Qazın alov rəngi ilə bağlı açıqlama - Səbəb nədir?
- Əhaliyə verilən qazın keyfiyyəti MÜZAKİRƏ EDİLDİ
- Şərur rayonunun bir hissəsində qaz təchizatı dayandırılıb
- İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?
- Sanksiyalar, yoxsa rahatlıq? - Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı