Baku TV-də yayımlanan “Salam Baku” verilişində Azərbaycanda kino sahəsinin hazırkı vəziyyəti müzakirə olunub.
Mövzu ilə bağlı Baku TV-yə danışan kinotənqidçi Hacıbala Səfərov tamaşaçının yenilik axtarışında olduğunu deyib.
“Tamaşaçı filmin bənzərini gördüyü zaman onu bəyənmir. Çünki onun yaddaşında bu film, bu hekayə var”, - deyə kinotənqidçi qeyd edib.
H.Səfərov Azərbaycan tamaşaçısının kinoda nə görmək istədiyinə, internet filmlərinin niyə daha çox izləndiyinə də aydınlıq gətirib.