Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Salyanda ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI
"Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan beş nəfərin vəziyyəti orta ağırdır".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 3 noyabr saat 05:30-da altı nəfər (4-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Beş nəfərin vəziyyəti orta ağır, bir nəfərin vəziyyəti isə stabildir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 6 üzvü xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 2000-ci il təvəllüdlü Bənövşə Yaşar qızı Qurbanova, 1970-ci il təvəllüdlü Nəzakət İdris qızı Eynullayeva, 1997-ci il təvəllüdlü Gülxanım Ayaz qızı Qurbanova, 2021-ci il təvəllüdlü Gülsüm Ələkbər qızı Qurbanova, 2018-ci il təvəllüdlü Ələmdar Ələkbər oğlu Qurbanov və 1995-ci il təvəllüdlü Ələkbər Rəfail oğlu Qurbanov xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər