Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olundu
Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanması aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda minlərlə pirotexniki vasitə satan şəxs müəyyən edildi
- Ödəmə terminalından minlərlə manat oğurlandı - Saxlanılan var
- İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxslər ƏLƏ KEÇDİLƏR
- Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
- Özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs azyaşlı qıza xəsarət yetirdi
Rəylər