Bu gün Şamaxıda ikinci zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 15:22-də Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 6 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
İlk zəlzələ isə bu gün yerli vaxtla saat 14:54-də Pirquludan 13 km şimalda - Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, hazırda həmin ərazidə proseslər gedir. Onun sözlərinə görə, zəlzələdən sonra “afterşoklar”ın olması gözlənilir:
“Şamaxı ən aktiv zəlzələ zonalarından biridir və burada güclü zəlzələ ocaqları yerləşir. Ona görə də həmin zonada zəlzələnin baş verməsi əvvəldən gözlənilən idi”.
17.46
Bu gün Şamaxıda 4 bal gücündə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 14:59:01-da Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 7 km olub.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
E.Ə.
www.oxu.az