Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var
Şamaxıda avtomobil qəzası baş verib.
APA xəbər verir ki, hadisə rayonun Əngəxaran kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində “Hyundai” markalı avtomobil “Shacman” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Mənzərə Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar