Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün VAZ markalı avtomobilin sürücüsünə "saxla" əmri verib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, sürücü M.Abdullayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.
Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 23 sürücü barəsində inzibati protokol tərtib edilib.
"Yol hərəkəti qaydaları" teqi üzrə xəbərlər
- Polis "Koroğlu"da reyd keçirdi, cərimələr yazıldı
- Bakıda 45 dəqiqəyə gedilən 100 metrlik yol - ŞİKAYƏT
- "Ukrayna dairəsi''ndə SIXLIĞIN aradan qaldırılması üçün nə təklif olunur?
- Bakıda sürücülər niyə ləğv olunan zolaqlardan istifadə etməyə qorxurlar?
- Sumqayıtdakı dairə və yol nişanları nəyə xidmət edir?
Ən çox oxunanlar