Sentyabrın 7-dən “Utair” sərnişinlərin yüksək tələbatı ilə əlaqədar Sankt-Peterburqdan Bakıya əlavə reys açacaq.
Bu barədə çərşənbə günü “Northern Capital Gateway” hava limanının idarə olunması şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Utair” Pulkovo hava limanından Bakıya uçuşların sayını həftədə 3 dəfədən 4-ə çatdıracaq. Sentyabrın 7-dən etibarən daşıyıcı əlavə reys açacaq. Aviaşirkət uçuşları bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri yerinə yetirəcək. Bakı yayın əvvəlindən etibarən Sankt-Peterburqda ən populyar on beynəlxalq istiqamətlərdən biridir”, - deyə mətbuat xidmətindən bildirilib.
Qrafikə əsasən, Pulkovo hava limanından Bakıya uçuş saat 10:15-dədir. Təyyarələr saat 19:45-də Sankt-Peterburqa qayıdacaq.
Aeroportun idarə edilməsi şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yeni reysin tətbiqi ilə Sankt-Peterburqdan Bakıya reyslərin ümumi sayı həftədə altı dəfədən yeddi dəfəyə qədər artacaq. Bu marşrut üzrə birbaşa uçuşlar “Utair”dən başqa “İrAero” və AZAL aviaşirkətləri tərəfindən də həyata keçirilir.
Mənbə: TASS
Rəylər