Polis tərəfindən saxlanılan Rasim Məmmədovun yeni görüntüsü yayılıb.
Videodan aydın olur ki, Rasim Məmmədov Qarabağ qazisinin üzünə tüpürür və onu təhqir edir.
Həmin görüntüləri təqdim edirik:
Saxlanılan Rasim Məmmədov qazinin üzünə tüpürübmüş - YENİLƏNİB + VİDEO
14:26
“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun tutulmasının əməliyyat görüntüləri yayılıb.
Oxu.Az həmin görüntüləri təqdim edir:
View this post on Instagram14:20
Daxili İşlər Nazirliyi “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun saxlanılması ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb etmişdir. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.
O da qeyd edilib ki, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər etməsi ehtimal olunur. Odur ki, onun belə əməllərindən zərərçəkmiş şəxslər varsa bu barədə DİN-in “102” Zəng-Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.
14:00
“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 3-də Sumqayıt şəhəri ərazisində qeydə alınıb.
Onun çoxsaylı vətəndaş şikayətləri əsasında saxlanıldığı bildirilir. R. Məmmədovun hansı maddə üzrə saxlanılması hələlik bilinmir. O, araşdırma üçün istintaqa təhvil verilib.
Faktı polisdən təsdiqləyiblər.
"DİN" teqi üzrə xəbərlər
- Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub
- Bakıda səhər saatlarında qadın bıçaqlandı - Rəfiqəsi TUTULDU
- Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi
- Azərbaycanda axşam saatlarında ATIŞMA: İki nəfər GÜLLƏLƏNDİ
- Bu ilin doqquz ayı ərzində 158 cinayətkar qrup zərərsizləşdirilib
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər